
“Azərbaycan millisində işləmək böyük şərəfdir” – bunu Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov deyib. O, AFFA rəhbərliyinə etimada görə təşəkkürünü bildirib.Mütəxəssis vurğulayıb: sitat: “Milli komanda hər birimizin qürurudur. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azarkeşlərin dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir”sitatın sonu.Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.
- Baxış: 32