• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.09.2025 15:42

“Sona qədər mübarizə aparacağıq" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının “Kopenhagen”lə 1 oktyabrda keçiriləcək oyunu öncəsi mətbuat konfransında çıxış edib. O bildirib ki, Avropada “Qarabağ”a göstərilən diqqət əslində Azərbaycana olan diqqətdir və bu, futbolun inkişafına əlavə stimul verir. 
Qurban Qurbanov - “Qarabağ”ın baş məşqçisi: “Sevindirici haldır ki, böyük turnirin Bakıda matçı olacaq. Həm sevincli, həm də həyəcanlıyıq, məsuliyyətimiz artıb. İlk oyun olduğu üçün üzərimizdə diqqət böyükdür. Azərbaycanın hər bölgəsindən azarkeşlər maraqlanır. Ciddi rəqibə qarşı oynayırıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Sona qədər mübarizə aparacağıq”.