
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin “E-Şikayət” sistemi üzərindən bu ilin yanvar–avqust aylarında 4165 müraciət daxil olub. Ən çox şikayətlər internet xidmətinin işləməməsi və keyfiyyəti barədədir. Poçt xidmətlərində isə əsas narazılıqlar göndərişlərin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi ilə bağlı olub. Şikayətlərin yarıdan çoxu Bakını, qalanları isə regionları əhatə edib. Agentlik bildirir ki, nəticələr əsasında xidmət keyfiyyətinin yüksəldilməsi üçün təchizatçılara müvafiq tövsiyələr verilir.
- Baxış: 39