• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 13:44

İsmayıllıda toyda bıçaqlanan şəxslərin vəziyyəti açıqlandı

Sentyabrın 28-də gecə saatlarında İsmayıllı rayonunun Talıstan kəndi ərazisində toyda bəy də daxil olmaqla xəsarət alan 4 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çoxsaylı kəsilmiş-didilmiş yaralarla hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, 1976 və 2008-ci il təvəllüdlü şəxslər əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. 2005 və 2007-ci il təvəllüdlülərin vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.