• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.09.2025 10:13

Kəşfiyatçı Xanı dayı minaya düşərək həlak olub

Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 23 sentyabr tarixində mina partlama hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini, "Kəşfiyatçı Xanı" kimi tanınan Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!