
Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 16 mərtəbəli binanın 9-cu mərtəbəsində 2 otaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, məişət tullantıları, 11-ci mərtəbədə yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb.Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.Binanın 25 sakini təxliyə olunub. Xəsarət alan yoxdur.
- Baxış: 61