• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.09.2025 23:47

"Çılpaq həqiqət" - Bədii film

Filmin baş qəhrəmanları - Mayk qalmaqallı teleşounun aparıcısı, Ebi isə onun assistentidir. Əvvəl Ebi onun yerində çalışıb. Ancaq verilişin reytinqinin aşağı düşməsindən sonra yerinə Maykı təyin ediblər. Onlar bir-birinə nifrət edirlər, üstəlik Mayk öz ipə-sapa yatmayan hərəkətləri ilə qızı bezdirib. Maykın həyatında öz prioritetləri var: seks, narkotik maddələr, azad və qayğısız həyat. Qadınlarla ciddi münasibət qurmaq barədə düşünmür, cinsi bərabərliyi məsxərəyə qoyur. Ebi isə bunun tam əksidir. Həddindən ziyadə tələbkardır və “ağ atlı şahzadəsini” gözləyir. Bu qədər fərqlərə rəğmən “gözləri kor” olan məhəbbət onları öz sınağına çəkəcək.

Rejissor: Robert Luketiç

Baş rollarda: Cerard Batler, Ketrin Hayql

Digər rollarda: Bri Törner, Nik Sirsi, Erik Vinter