• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 16.05.2024 14:16

"Sevimli sümüklər" - Bədii film

Filmdə hadisələr Pensilvaniya ştatında yerləşən kiçik bir şəhərcikdə baş verir. Salmon ailəsi sakit həyat tərzi keçirir və bu yaxınlarda qızları Süzinin 14 yaşı tamam olur.

Onlarda hər şey çox gözəl gedirdi, amma bir gün hər şey gözlənilmədən dəyişir və ailənin həyatı kabusa çevrilir. Gənc Süzi Salmon naməlum bir manyak tərəfindən qaçırılır və vəhşicəsinə öldürülür. Hüquq-mühafizə orqanları istintaqa başlayır, lakin zərərçəkənin cəsədi tapılmır.

Bu zaman Suzinin ruhu doğma yerlərdə gəzərək belə dəhşətli cinayət törətmiş insandan qisas alınmasını istəyir...

Rejissor: Piter Cekson

Rollarda: Sirşa Ronan, Stenli Tuççi, Mark Uolberq, Reyçel Vays, Syuzan Sarandon