• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 16.05.2024 10:21

Son dərəcə ölümcül və yoluxucu bir virus hazırlanıb

Çinli alimlər, hamsterləri Ebola virusundan daha ölümcül və yoluxucu virusa yoluxduraraq dəhşətli təcrübə aparıblar.

Bu təcrübə, ilk olaraq Ebolanı daha təhlükəsiz mühitdə öyrənmək üçün planlaşdırılıb. Alimlər təhlükəsiz mühitdə xəstəliyin əlamətlərini təqlid edə bilən heyvan modellərini tapmaq istəyiblər. Lakin bu dəfə təcrübə nəticəsində ortaya çıxan virus kifayət qədər ölümcül olub. Virus, həmçinin bir növ göz ifrazatı və çoxlu orqan çatışmazlığı kimi olduqca pis simptomlara səbəb olub.

Hebei Tibb Universitetinin tədqiqatçıları bu mutant virusu yaratmaq üçün zülal əlavə edərək, virusun insan orqanizmindəki hüceyrələrə yayılmasına şərait yaradıblar. Yoluxmuş hamsterlər Ebola xəstələrində müşahidə olunanlara bənzər simptomlar göstərməyə başlayıblar. Ən maraqlı və bəlkə də qorxulu simptomlardan biri də yoluxmuş hamsterlərin gözlərində əmələ gələn ifrazatlar olub. Bu ifrazatlar hamsterlərin görmə qabiliyyətinə təsir edərək, onların göz almaslarının səthində qabıqların əmələ gəlməsinə səbəb olub. Bu araşdırma təhlükəsiz laboratoriya mühitində Ebola simptomlarını təqlid edə biləcək bir modeli tapmaq üçün aparılıb. Alimlər bu eksperimentin Ebola müalicəsi və araşdırması üçün mühüm addım olduğunu bildiriblər. Bununla belə, bu cür təcrübələr laboratoriya sızması kimi ictimai sağlamlıq üçün də bəzi risklər daşıyır. Laboratoriya sızmaları çox vaxt qorxulu ssenarilərin mənbəyi kimi görülür. Əgər virus laboratoriya mühitindən qaçarsa və ictimaiyyətə yayılarsa, bu, böyük bir sağlamlıq böhranı yarada bilər. Bu riskləri minimuma endirmək üçün belə təcrübələrin təhlükəsiz aparılması çox vacibdir.