• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 06.05.2024 12:24

"Səhra kraliçası" - Bədii film

Film XX əsrin əvvəllərində Britaniya imperiyasının siyasi diplomatı kimi fəaliyyət göstərən görkəmli yazıçı, səyyah, Yaxın Şərq tədqiqatçısı və kəşfiyyatçı Gertrud Bellin həyatından bəhs edir.

Hələ gənc ikən, İngiltərədəki dəbdəbəli həyatı tərk edərək, Yaxın Şərqdə maraqlı bir səyahətə çıxır. Sonsuz genişliklərə qərq olan, gizli naməlum dünyanı kəşf edən baş qəhrəman, modabaz bir qızdan güclü və sarsılmaz qadına çevrilir.

“Səhra kraliçası" ləqəbli Gertrud sərhədlərin qurulmasında və hazırda mövcud olan bəzi Yaxın Asiya dövlətlərinin yaradılmasında mühüm rol oynayıb.

Rejissor: Verner Herdsoq

Rollarda: Nikol Kidman, Ceyms Franko, Robert Pattinson, Demian Lüis