• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 02.05.2024 10:12

Fotoları canlandıra bilən yeni süni zəka modeli yaradıldı

Microsoft şirkəti VASA-1 adlı yeni süni zəka modelini təqdim edib. Bu yeni süni zəka modeli hər hansısa şəxsin bir fotosu əsasında keyfiyyətli video tərtib edə və audio fayl vasitəsilə realistik mimikanı sərgiləməklə hər hansısa şəxsin fotosunu canlandıra bilər. VASA-1 təkcə dodaq hərəkətləri ilə mətni deyil, həmçinin baş vəziyyəti ilə hərəkətlərini də sinxronlaşdıra bilir. Bunun üçün istifadəçi hətta ayarlarda şəxsin gözlərinin hansı istiqamətə yönəldiyini və onun hansı emosional vəziyyətdə olduğunu qeyd edə bilər. VASA-1 real zaman ərzində saniyədə 40 kadr sürətlə 512x512 piksel keyfiyyətli videolar tərtib edə bilir. Bu cür göstəriciyə NVIDIA GeForce RTX 4090 videokartına sahib kompüterdə nail olmaq mümkün olub. Microsoft VASA-1-in online demo versiyasını və ya API-nı təqdim etməyi hələ planlaşdırmır.