• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 30.04.2024 10:11

"Teleqram"da foto və videolardan stiker yaratmaq olar

Telegram” tərtibatçıları  messencerlərinə istifadəsi asan stiker yaratmaq mümkün olan yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. Artıq hər bir istifadəçi foto videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün onlar olan bölməyə keçin və "+" üzərinə klikləyin. Sonra öz mətninizi, rəsminizi və ya “Telegram”da mövcud olan hər hansı animasiyalı stikerlər, emojilər və giflər əlavə edərək qalereyanızdan istənilən bir təsviri seçə bilərsiniz. Fonu silmək və təsvirdən obyekti kəsmək, həmçinin şəklin bir hissəsini əl ilə silmək və bərpa etmək də mümkündür. Siz yazı əlavə edə və animasiyanı fərdiləşdirə də bilərsiniz.

Bundan başqa stiker paketlərinə adlar təyin və ya əhvalınıza uyğun hər hansı digər stiker əlavə etmək mümkündür. “Telegram” şəklin süni intellektlə təhlili əsasında bir neçə emoji təklif edəcək. Məsələn, pişik, it və ya avtomobil.