• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 27.04.2024 12:52

"Hektor xoşbəxtlik axtarışında" - Bədii film

Hektor sakit bir həyat sürür - yaxşı qızla görüşür, psixiatr işləyir, sabit gəliri var. Ancaq işi ona sevinc gətirmir. Pasientlərinin xoşbəxt olmasına kömək etmək naminə bütün səylərinə baxmayaraq, onlara tam dəstək verə bilmir. Bəlkə də səbəb onun özünü xoşbəxt hiss etməməsindədir.

Böhranın astanasında olan psixiatr, bu gözəl hissin həqiqətən olub-olmadığını anlamaq və ən əsası özü üçün xoşbəxtlik tapmaq üçün hər şeyi tərk edib, dünyanı gəzməyə qərar verir.

Rejissor: Piter Çelsom

Rollarda: Seymon Peqq, Toni Kolett, Rozamund Payk, Stelln Skarsqard