• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 23.04.2024 19:06

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qiraət gecəsi

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət gecəsi keçirilib. Tədbirdə iştrakçılar dahi şairin həyat və yaradıcılığı barədə məlumatlandırılıblar. Çıxışlarda türk, ərəb, fars dilində yazıb-yaradan şairin İslam sivilizasiyasındakı yeri, elmi-fəlsəfi və dini dünyagörüşündən danışılıb. İnsanın yaradılışı və sonu, elm və bilik, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirləri təhlil olunub. Qiraət gecəsi dahi şair haqqında müzakirələrlə yekunlaşıb.

Pərvin Abbaszadə