• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 23.04.2024 10:31

Son 100 000 ilin ən isti temperatur dövrü başlayıb

Son 10 ay ərzində Yer kürəsi yeni iqlim rekordlarına imza atıb. Bu ilin mart ayı indiyənə kimi müşahidə edilmiş ən isti mart ayı olub. Bununla yanaşı son 12 ay ərzində planetin qlobal orta temperatur göstəricisi sənaye dövründən əvvəlki orta temperatur göstəricisindan 1.5 dərəcə Selsi yüksək olub. Nəticədə alimlər belə qənaətə gəliblər ki, Yer kürəsində son 100 000 ilin ən isti temperatur dövrü başlayıb. Ən maraqlısı isə odur ki, alimlər planetin temperaturunun belə anidən yüksəliş səbəbini bilmirlər. Ekoloqlar planetdə temperaturun anidən yüksək templə qalxma səbəbini təyin etməyə çalışırlar. Daha öncə Yer kürəsində temperatur artımı səbəbi qismində El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində suyun səthindəki temperatur dəyişikliyi) prosesinin çıxış etdiyi düşünülürdü.

Bu proses öz növbəsində daimi külək rejimini pozur və nəticədə yüksək temperatura səbəb olur. Qeyd etmək lazımdır ki, bu proses təkrarlananır və hər 2-7 il ərzində cərəyan edir. Lakin mütəxəssislər bildiriblər ki, planetin iqlim sistemində baş verən dəyişiklikləri anlamaq üçün artıq El-Ninyo prosesi kifayət etmir. Mütəxəssislərin sözlərinə əsasən El-Ninyo prosesinin yekunlaşacağı avqust ayına kimi qeyri-normal yüksək temperatur stabilləşməsə Yer kürəsinin gələcəyi qeyri-müəyyən olacaq. Planetin iqlim probleminin həlli hələ də “sadə” olaraq qalır. Belə ki, parnik qazlarının qlobal şəkildə ifraz edilmələri hallarını radikal şəkildə azaltmaq lazımdır. Lakin praktika onu göstərir ki, bunu etmək olduqca çətindir. Hal-hazırda isə parnik qazlarının ifrazı halları getdikcə artır.