• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 22.04.2024 11:00

Google Search-ün süni zəka funksiyalarına sahib ödənişli versiyası olacaq

Financial Times-ın vermiş olduğu məlumata əsasən Google şirkəti Google Search axtarış servisinin süni zəka funksiyalarına sahib yenilənmiş versiyasını hazırlayır. Məlumatda qeyd edilib ki, onun adi Google Search-dən əsas fərqi ondan ibarət olacaq ki, yenilənmiş axtarış servisindən istifadə pullu olacaq. Google Search-ün aktual versiyası test rejimində iki süni zəka funksiyasını dəstəkləyir. Birinci funksiya SGE adlanır. O, axtarış nəticələrinin generativ süni zəka vasitəsilə daha geniş icmalını təklif edir. İkinci funksiya isə əsas axtarış nəticələri ilə linklərin digərlərindən ayıraraq istifadəçiyə təqdim edən xüsusi düyməni işə salır. Məlumata əsasən Google bu iki süni zəka funksiyasını ödənişli etmək qərarındadır. Bu funksiyaların stabil Google Search-ə nə zaman inteqrasiya ediləcəkləri və onlardan istifadə haqqının nə qədər təşkil edəcəyi bilinmir.