• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 19.04.2024 10:13

“Windows 10” istifadəçilər arasında daha məşhur olmaqda davam edir

“Statcounter” analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində “Windows” əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib. Statistikadan məlum olub ki, “Microsoft”-un “Windows 11”-in istifadəçilər arasında daha geniş yayılması üzrə olan bütün səylərinə baxmayaraq mart ayında bu əməliyyat sistemi statistik göstərici mövzusunda “Windows 10”-dan olduqca geridə qalıb.  

Beləliklə statistikaya əsasən mart ayında “Windows 11”-in bazar payı 26.72% təşkil edib. Bu isə fevral ayındakı göstəricidən 1.46% daha azdır. “Windows 10” isə əksinə fevral ayındakı göstəricidən 2% daha çox bazar payı yığıb. Nəticədə onun bazardakı payı 69.04% təşkil edib. “Windows”-un daha köhnə versiyaları vasitəsilə çalışan kompüterlərin sayı getdikcə azalmağa davam edir. Belə ki, mart ayında “Windows 7”-nin bazar payı 3.04%, “Windows 8.1”-in bazar payı 0.44%, “Windows XP”-nin bazar payı isə 0.39% təşkil edib.