• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 18.04.2024 19:50

Gəncə idmançısı Avropa çempionu olub

KepezTV Player

Moldovanın paytaxtı Kişinyovda keçirilmiş bilyard üzrə Avropa çempionatında iştirak edən Gəncə idmançılarının qarşılanması olub. Bilyardın piramida növü üzrə yarışda Tofiq Quliyev bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Azərbaycan ilk dəfə bu idman növündən qızıl medal qazanıb. Gəncənin digər təmsilçisi İbrahimov Elxan isə 1/8 finalda mübarizəni dayandırıb. İdmançılara gələcək yarışlarda uğurlar arzulanıb. 

Tofiq Quliyev- Avropa çempionu: “İlk dəfə idi ki, Avropa çempionu olaraq Azərbaycana qızıl medalla qayıtdım. Bu, çox sevindirici haldır. Tək mənim yox, bütün Azərbaycanın qələbəsidir. 2 ay sonra Qazaxıstanın Almatı şəhərində dünya çempionatı var. İnşallah, orda qələbə qazanaraq vətənə qızıl medalla qayıtmaq istəyirəm”.

Pərvin Abbaszadə