• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 02.04.2024 13:30

"Canavar qardaşlığı" - Bədii film

Fransa, XVIII əsrin ikinci yarısı. Dəhşətli bir məxluq qadınları və uşaqları amansızcasına öldürür. Heyvan birdən-birə peyda olduğu kimi, anidən də gözdən itməyi bacarır və yalnız sağ qalan adam onun görünüşünü təsvir edə bilir.

Kral XV Lüdovik özü baş verənləri anlamağa qərar verir və alim Qreqor de Fronsaka qəddar qətlləri araşdırmağı tapşırır. Onunla bərabər başqa bir qəhrəman da - bir vaxtlar Fronsakanın həyatını xilas edən və indi qan qardaşları olan hindu Mani də araşdırmalara qatılır.

Mani sirli rituallara müraciət edir və canavarla mübarizədə öz xalqının instinktlərinə və adətlərinə güvənir.

Rejissor: Kristof Qan

Rollarda: Mark Dakaskos, Monika Belluççi, Vensan Kassel, Samyuel Le Byan