• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 14.03.2024 09:26

“Apple” ağıllı eynək və kameralı qulaqlıqlar istehsal edəcək

Apple” şirkəti “Vision Pro”nun ucuz versiyasını buraxmağı planlaşdırır. 

Məlumata görə, “Apple” yaxın illərdə onları təqdim edəcək. 

Bildirilir ki, şirkət “Vision Pro” qulaqlıqlarına ucuz alternativ olacaq ağıllı eynəklər hazırlayacaq. Cihaz AR təsvirlərini ekranlara yayımlaya bilməyəcək, lakin zəng etmək və musiqi dinləmək üçün faydalı olacaq.

Şirkət həmçinin daxili kameraları olan qulaqlıqları buraxmağı düşünür. Ehtimal olunur ki, aşağı ayırdetmə qabiliyyətinə malik kameralara və süni intellektə (AI) dəstək olan belə qurğu istifadəçiyə gündəlik işlərində kömək edəcək.