• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 22.02.2024 11:01

Milyardlarla insanın bir çox platformalardakı hesab məlumatları sızdırılıb

Security Discovery şirkətinin İT mütəxəssisləri internetdə 12 TB həcmində məlumatlar bazası aşkar ediblər. Aşkar edilmiş məlumatlar bazasının daxilində dünyanın her yerindən olan istifadəçilərin hesabları barəsində məlumatlar yerləşir. Onların arasında Telegram, X (keçmiş Twitter), VK, Adobe və digər platformaların istifadəçilərinin hesab məlumatları mövcuddur. 12 TB-lıq həcmə sahib olmaqla sözügedən məlumatlar bazası qeyri-rəsmi şəkildə “Mother Of All Breaches” adını əldə edib. Fotodan da görmək olar ki, bu məlumatlar bazası bir çox platformanın istifadəçilərinin hesab məlumatlarını özündə birləşdirir.

Mütəxəssislər bildiriblər ki, bu məlumatlar bazası daxilində yerləşən məlumatların müəyyən hissəsi daha öncə olmuş məlumat sızıntıları zamanı yığılmış məlumatlardır. Bununla belə mütəxəssislərin fikirlərinə əsasən məlumatlar bazasında yerləşən elektron poçt ünvanları məlumatlarından istifadə edərək hakerlər güclü aktivlik sərgiləyə bilərlər. Buna görə də mütəxəssislər istifadəçilərə elektron məktubların diqqətli şəkildə yoxlanılmasını, istifadə etdikləri platformalardakı hesabların şifrələrini dəyişməyi və öz hesabları üçün iki mərhələli autentifikasiya özəlliyinin aktivləşdirilməsini məsləhət görürlər.