• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 08.01.2024 14:47

"Ədalət tərəfdarı" - Bədii film

Keçmiş agent Robert Makkol, yeni həyata başlamaq istəyir. Axı, ölən arvadına bu haqda söz belə vermişdi. Hətta mağazada yeni bir iş yeri də tapır. Lakin bir gün Robert, rus mafiozları tərəfindən idarə olunan Teri adlı gənc bir fahişəni qorumağa çalışır. Makkol müvəqqəti olaraq əvvəlki işinə qayıtmalı və ədaləti öz əlləri ilə bərpa etməlidir. O, korrupsiyaya və yerli dəstə rəhbərlərinə, pozğun məmurlara qarşı mübarizə aparacaq. Hökumətdən kömək gözləmək lazım deyil. Kömək istəyən hər kəsə o kömək edəcək. Çünki Robert Makkol hər zaman ədalət tərəfdarıdır!

Rejissor: Antuan Fukua

Rollarda: Denzel Vaşinqton, Melissa Leo, Kevin Çepmen, Hloya Qreys Mores