• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2259
— 28.12.2023 09:49

NASA kosmosdan “Yer”ə yüksək keyfiyyətli video göndərib

NASA tarixdə ilk dəfə yüksək keyfiyyətli videonu kosmosdan Yer kürəsinə göndərib. Yer kürəsinə göndərilmiş video 31 milyon km yol qətt edərək planetimizə çatıb. Bu məsafə Yer kürəsi ilə Ay arasındakı məsafədən 80 dəfə daha uzundur. Videonun göndərilməsi üçün Psyche adlı kosmik aparatdan istifadə edilib. Sözügedən aparat bir neçə həftə bundan öncə kosmosa göndərilmişdi. Onun əsas məqsədi Yupiter ilə Mars arasında yerləşən eyniadlı asteroidin öyrənilməsidir.

Psyche kosmik aparatı videonu Yer kürəsinə lazer şüalanması vasitəsilə göndərib. Video bizim planetə 1 dəqiqə 41 saniyə ərzində çatıb. Videonun maksimal ötürülmə sürəti saniyədə 267 Mbit, minimal ötürülmə sürəti isə saniyədə 62.5 Mbit təşkil edib. Mütəxəssislər siqnalı Kaliforniyadakı teleskop vasitəsilə əldə ediblər. Maraqlısı ondadır ki, videonun NASA mərkəzinə ötürülməsinə onun Yer kürəsinə çatmasından daha çox zaman sərf edilib. 

Qeyd edək ki, sözügedən video lazerlə oynayan Teyters ləqəbli pişiyin görüntülərindən ibarətdir.