• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 26.12.2023 09:15

Dünyanın ən performanslı superkompüteri işə salınıb

Çinin Quançjou şəhərində yerləşən Milli Superkompüter Mərkəzinin mütəxəssisləri dünyanın ən performanslı olduğu iddia edilən superkompüteri işə salıblar. İşə salınmış superkompüter Tianhe Xingyi adlanır. Lakin maraqlısı ondadır ki, sözügedən superkompüterin əsasında NVIDIA, Intel və ya AMD-nin aparıcı prosessorları deyil, Çinin yerli istehsalı olan bilinməyən prosessor dayanır. Tianhe Xingyi-nin ilk əvvəl Tianhe-3 adı altında 2019-cu ildə işə salınması planlaşdırılırdı. Lakin görünür, mütəxəssislər sözügedən superkompüter layihəsinə sıfırdan yanaşıblar.

Məlumatda qeyd edilib ki, bu superkompüter FeiTeng MT3000 adlı yerli 2 nüvəli ARM prosessor əsasında qurulub. Superkompüterdə hansı sayda prosessorun olduğu bilinmir. Lakin məlumdur ki, onun maksimal performans göstəricisi 1.7 EFLOPS (ekzaflops) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünyanın ən sürətli superkompüteri mövzusunda daha öncəki rekord Frontier adlı superkompüterə məxsusdur və onun maksimal performans göstəricisi 1.194 EFLOPS təşkil edir.

Çinin dünyanın ən güclü 500 superkompüteri reytinqində artıq iştirak etmədiyini və öz superkompüterləri barəsində məlumatları bölüşmədiyini nəzərə alsaq, Tianhe Xingyi-nin nə dərəcədə sürətli çalışdığını təyin etmək mümkün deyil. Lakin bəzi mütəxəssislərin fikirlərinə əsasən bu superkompüterin CPU-su enerji effektivliyi mövzusunda böyük ehtimal ilə digərlərindən geridə qalır. Belə ki, çətin ki, superkompüterin CPU-su Çindən kənarda hansısa müasir texnoloji proses əsasında hazırlanır.