• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 22.12.2023 09:24

Elektromobillər üçün naqilsiz şarj texnologiyası hazırlanır

Mobil cihazlar sahəsində naqilsiz şarj texnologiyası artıq adi texnologiya kimi qəbul edilir. Elektromobillər sahəsində isə sözügedən texnologiya hələ geniş şəkildə istifadə edilmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Tesla şirkətinin təmsilçilərindən biri şirkətin öz elektromobilləri üçün bu cür texnologiya üzərində çalışdığına işarə edib. Məlumata görə, Tesla-nın baş dizayneri Franz von Holzhausen təsdiqləyib ki, Tesla həqiqətən də elektromobillər üçün naqilsiz şarj texnologiyası üzərində çalışır.

Dizaynerin sözlərinə əsasən Tesla-nın hazırladığı sözügedən texnologiyanın çalışma prinsipi smartfonlarda istifadə edilən naqilsiz şarj texnologiyasının çalışma prinsipindən demək olar fərqlənməyəcək. Maqnit sahəsi qəbuledici çarxda dəyişən cərəyan yaradacaq və daha sonra həmin cərəyan çarxdan elektromobil batareyasına ötürüləcək. Dizayner bildirib ki, bu halda elektromobilə heç bir naqil qoşmağa ehtiyac qalmayacaq.