• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 21.12.2023 09:26

Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib

“Google” şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər. Kəşf edilmiş kristallik strukturlar bərpa olunan enerjidən tutmuş, kvant kompüterlərinə kimi müxtəlif sahələrdə istifadə edilə bilərlər. Məlumatda qeyd edilib ki, laboratoriya şəraitində sintez edilməmiş, lakin nəzəri cəhətdən dayanıqlı olan birləşmələr GNoME adlı süni zəka vasitəsilə kəşf edilib. Sözügedən süni zəka vasitəsilə kəşf edilmiş yeni kristallik birləşmələrin sayı daha öncə məlum olan materialların sayından 45 dəfə çoxdur. Bu isə öz növbəsində 800 illik təcrübi kəşflərə bərabərdir.

Növbəti mərhələdə mütəxəssislər Günəş panellərinin və digər texnologiyaların istehsalında perspektivli ola biləcək 381 000 ədəd kristallik strukturun nə dərəcədə faydalı ola biləcəklərini yoxlayacaqlar. DeepMind bu üsulla süni zəkanın elmi inkişafda və yeni materialların yaradılmasında potensialını sərgiləmək istəyir. Mütəxəssislərin sözlərinə əsasən, yeni növ materialların ortaya çıxmalarından mənfəət götürməyəcək sahələri təsəvvür etmək qəlizdir. Məsələn yeni materiallar insan beyninin iş prosesini imitasiya edə biləcək neyromorf çiplərin hazırlanmasına yol aça bilərlər. Yeni kristallik strukturların kəşf edilməsi üçün DeepMind mütəxəssisləri onların tərtibatı və potensial stabilliklərinin qiymətləndirilməsi üçün machine learning-dən istifadə ediblər.