• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 15.11.2023 09:39

“Apple” bütün iPad modellərini yeniləyəcək

Apple” şirkətinin keçən ayın sonunda keçirmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni iPad modellərinin təqdim olunacaqları gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində "Apple" şirkətinin iPad planşetləri ilə bağlı planlarını açıqlayıb. İnsayderin sözlərinə əsasən “Apple” bu il yeni iPad planşetlərini təqdim etməyi planlaşdırmır. Əgər bu məlumat nəticədə öz əksini tapsa, 2023-cü il “Apple” tarixində yeni iPad modellərinin təqdim olunmadığı ilk il olacaq. Gurman-ın sözlərinə əsasən gələn il üçün şirkət bütün iPad modellərini yeniləməyi planlaşdırır. Söhbət, yeni iPad, iPad mini, iPad Air və iPad Pro planşetlərindən gedir. Yeni planşetlərin öz xarici görünüşlərini qoruyub saxlayacaqları, lakin yeni texniki göstəriciləri əldə edəcəkləri gözlənilir.