• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 13.11.2023 09:40

Yüksək dözümlülüyə sahib “Galaxy Tab Active 5” planşeti

“Samsung” şirkəti yüksək dözümlülüyə sahib “Galaxy Tab Active 4” planşetini keçən ilin sentyabr ayında təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, "Galaxy Tab Active 5" planşetindən gedir. Sözügedən yeni planşetin dokumentasiyası ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında qeyd edilib ki, Galaxy Tab Active 5 planşeti iki model nömrəsinə sahibdir. SM-X300 və SM-X306B.

Birinci model nömrəsi planşetin yalnız Wi-Fi dəstəkli versiyasına, ikinci model nömrəsi isə planşetin həm Wi-Fi həm də 5G dəstəkli versiyasına aiddir. Gözləntilərə əsasən sözügedən planşet fərdi şəkildə çıxarıla bilən batareya ilə təchiz olunacaq. Beləliklə istifadəçilər özləri planşetin batareyasını əvəzləyə biləcəklər. Çox güman ki, “Galaxy Tab Active 5” S Pen stilusunun dəstəyinə də sahib olacaq.