• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 10.11.2023 09:30

İlk dəfə kainatın tam rəngli şəkilləri çəkilib

Avropa Kosmik Agentliyinin “Evklid” qrupu ilk dəfə kainatın yüksək dəqiqliklə çəkilən tamamilə rəngli şəkillərini paylaşıb.

Çəkilən 5 foto təsvir ilə kosmosun heç zaman aşkarlanmayan tərəflərini nümayiş etdirmək üçün 3D xəritə hazırlamaq mümkün olacaq. Bundan başqa, xəritə ilə kainatın bunadək bizə gizli qalan bəzi sirlərini açmaq mümkün olacaq. “Evklid” missiyasının əsas vəzifəsi qaranlıq maddə və enerjinin kainatımızı bizə necə göstərdiyini nümayiş etdirməkdir. Çəkilən bu fotoların əsasında yaxın 6 ildə daha böyük araşdırmalar aparılacaq.