• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 09.11.2023 10:59

“Spot” robotu turistlərin suallarına cavab verə bilir

Boston Dynamics şirkəti özünün “Spot” adlı dördayaqlı robotuna insan nitqi vasitəsilə xitab etməyi öyrədib. Bunun üçün şirkət süni zəka əsaslı ChatGPT çat-botundan və açıq mənbəli koda sahib böyük dil modellərindən istifadə edib. Nəticədə “Spot” şirkət binasında ekskursiya keçirərək, turistlərin suallarına cavab verə bilir. Şirkət mütəxəssisləri robota hər bir şirkət otağının hazır qısa ssenarisini təqdim ediblər. Daha sonra robot öz kameraları vasitəsilə əldə edilən fotoları təqdim edilmiş ssenarilər ilə birləşdirir. Əldə edilmiş fotolar sayəsində robot daha çox məlumatlı olur və cavabın tərtib olunmasından öncə nələri gördüyünü təyin edir. Robot həmçinin tərtib edilən mətnin danışıq nitqinə çevrilməsində iştirak edən səsgücləndiricilər ilə təchiz olunub.