• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 08.11.2023 09:26

“Adobe”dan videoların keyfiyyətini artıran texnologiya

Bir neçə kliklə köhnə videoların və GIF fayllarının keyfiyyətini yaxşılaşdıran texnologiya yaradılıb. Texnologiya obyektlərə detallar da əlavə edə bilir. Fotoşop tərtibatçısı olan “Adobe” şirkətinin yaratdığı bu texnologiya “Project Res-Up” adlanır. Bu, videoların və GIF-lərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan süni intellektlə işləyən bir vasitədir. “Project Res-Up” təsviri təhlil və ona emal tətbiq etmək üçün süni intellektdən istifadə edir, mənbə fayllarının ayırdetmə qabiliyyətini, aydınlığını və detallarını artırır. Nümunə olaraq, “Adobe” 1947-ci ildə çəkilmiş "Qırmızı Ev" filmindən bir səhnəni bərpa edərək, təsvir ölçüsünü 675 faiz (480x360-dan 1280x960 pikselə) artırıb. Nəticədə şəklin bulanıqlığı azalıb. Videolardan əlavə “Res-Up” GIF-lərlə də işləyə bilər. Bildirilir ki, bu texnologiya sayəsində köhnə karikaturlara yeni nəfəs vermək mümkün olacaq.