• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 07.11.2023 09:23

“Apple Vision Pro”ya tibbi funksiyalar əlavə oluna bilər

“The Information” saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələn ilin əvvəlində satışa çıxacağı Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı təkcə əyləncə xarakterli cihaz olmayacaq. Belə ki, məlumata əsasən, şirkət sözügedən cihazda olan çoxlu sayda kamera ilə sensoru digər məqsədlərdə də istifadə etmək niyyətindədir. Məsələn, şirkət onları istifadəçinin pisxoloji sağlamlığının hansı vəziyyətdə olduğunu təyin etmək üçün istifadə edə bilər.

Məlumata görə Vision Pro istifadəçinin stress, depressiya, narahatlıq və hətta travma sonrası sinir pozğunluğunu da təyin edə biləcək. Bu cür vəziyyətlərdə cihaz istifadəçini sakitləşdirə biləcək təsvirlərin və ya səslərin işə salınmasını təklif edəcək. Apple həmçinin Vision Pro-nun istifadəçi gözlərinin izlənməsi üçün nəzərdə tutulmuş kameralarından istifadə edə bilər. Bu halda istifadəçinin göz bəbəklərinin genişlənməsini müşahidə etmək mümkündür. Göz bəbəklərinin genişlənməsinin analizi sayəsində də istifadəçi səhhətinin müəyyən faktorlarını təyin etmək olar. Məsələn, infraqırmızı kameralar nəzəri cəhətdən gözlərin qan damarlarındakı ödəmi təyin edə bilərlər. Bu cür hal çox zaman ürək çatışmazlığı problemindən xəbər verir. Qeyd etmək lazımdır ki, bütün bu funksiyalar şirkət daxilində müzakirə səviyyəsindədir. Nəticədə onların istifadəyə verilib-verilməyəcəyi bilinmir.