• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 03.11.2023 09:20

“Motorola”dan “qolbaq telefon”

Motorola” şirkəti bilərzik kimi taxıla bilən smartfon konseptini nümayiş etdirib. Cihaz çevik displey və korpusa malikdir. Onu əymək və qolbaq kimi istifadə etmək üçün biləyə taxmaq mümkündür. Cihaz demək olar ki, istənilən bucaqda əyilə bilən 6,9 düymlük POLED displeyə sahibdir. Mövqedən asılı olaraq təqdim olunan cihaz displeydəki məlumatları uyğunlaşdırır. Beləliklə, əlinizə telefon alsanız, “Motorola” cihazı kompakt vidjetləri göstərəcək. Bu, daha çox ağıllı saatları xatırladır. Qadcet maqnit kəmərindən istifadə edərək biləkdə saxlanılır.