• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 876
— 01.11.2023 09:15

180 Hz-lik təsvir yenilənməsinə sahib yeni oyun monitoru təqdim edilib

Philips şirkəti Evnia 27M2N5510J adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni, sRGB rəng diapazonunun isə 99%-ni əhatə edir. Bu səbəbdən də ekran yüksək səviyyədə rəng ötürməsi imkanına sahibdir. Monitor özündə 2 ədəd HDMI 2.0 girişini, DisplayPort 1.4 girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 27M2N5510J yaxın zamanda Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.