• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 31.10.2023 10:08

“Samsung” orta büdcəli smartfonları üçün yeni prosessor üzərində çalışır

Samsung” orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessoru üzərində çalışır. Söhbət, Exynos 1480-dən gedir. Sözügedən yeni prosessor Galaxy A54-də istifadə edilən Exynos 1380-nin davamçısı olacaq. Məlum olub ki, Exynos 1480 həmçinin Geekbench testlərindən də keçib. Geekbench testlərinə əsasən yeni prosessor 8 nüvəli olacaq. Onlardan 4-ü 2.75 GHz tezlikdə, digər 4-ü isə 2.05 GHz tezlikdə çalışacaq.

Bundan əlavə olaraq prosessor AMD arxitekturası əsasında hazırlanmış Xclipse 530 qrafik çipinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Samsung sözügedən qrafik çipi ilk dəfə Exynos 2200 flaqman prosessorunda istifadə etmişdi. Exynos 1480 Geekbench-in bir nüvəli testi çərçivəsində 873 xal, çox nüvəli testi çərçivəsində isə 2680 xal toplayıb. Prosessorun nə zaman təqdim olunacağı bilinmir. Onu ilk əldə edəcək smartfonun isə Galaxy A55 olacağı gözlənilir.