• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 26.10.2023 10:27

“A17 Pro”-nun istehsalı hansı qiymətə başa gəlir?

Apple A17 Pro prosessoru bazarda 3 nanometrlik texnoloji proses əsasında hazırlanmış ilk prosessor oldu. İndi isə məlum olub ki, sözügedən prosessorun istehsalı Apple şirkətinə A16 Bionic-in istehsalından daha baha başa gəlir. Bununla belə onun istehsal xərci Qualcomm-un Snapdragon 8 Gen 2 prosessorunun istehsal xərcindən daha aşağıdır. Verilmiş məlumata əsasən bir ədəd A17 Pro-nun istehsalı Apple şirkətinə 130$-a başa gəlir.

Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 Pro modellərində, iPhone 15 və iPhone 15 Plus smartfonlarında istifadə edilən A16 Bionic prosessorunun istehsal xərci 110$ təşkil edir. Yəni A17 Pro prosessorunun istehsal qiyməti A16 Bionic prosessorunun istehsal qiymətindən 15% yüksəkdir. Maraqlısı ondadır ki, Qualcomm-un Snapdragon 8 Gen 2 prosessoru smartfon istehsalçılarına daha baha başa gəlir. Belə ki, bir ədəd Snapdragon 8 Gen 2-nin istehsalının qiyməti 160$ təşkil edir.

Yəni Snapdragon 8 Gen 2 prosessorunun istehsal qiyməti A17 Pro prosessorunun istehsal qiymətindən 23% daha bahadır. Son məlumatlara əsasən isə bu ayın sonunda təqdim olunacaq Snapdragon 8 Gen 3 prosessoru Snapdragon 8 Gen 2-dən daha baha başa gələcək. Bu isə smartfon istehsalçılarını çətin vəziyyətdə qoyur. Bu səbəbdən böyük ehtimal ilə yeni flaqman Android smartfonlar daha baha qiymətə satılacaq.