• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 24.10.2023 10:17

“Xiaomi” yeni smart saatlarının təqdimatına hazırlaşır

Hələ bir neçə müddət bundan öncə “Xiaomi” şirkəti özünün “Black Shark” brendi altında "Watch S1" adlı smart saatını qlobal bazarda təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən şirkət “Black Shark” brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır. Söhbət, “Black Shark Watch S1 Pro” və “S1 Classic” adlı smart saatlardan gedir. Məlumatda qeyd edilib ki, hər iki smart saat dairəvi formalı ekranı, və 3 ədəd idarəetmə düyməsini əldə edəcək. Bununla yanaşı sözügedən smart saatlar istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif sensorlara və süni zəka funksiyalarına sahib olacaqlar. Lakin, bu smart saatların texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. “Black Shark S1 Pro” ilə “S1 Classic”-in yaxın günlərdə təqdim olunacaqları gözlənilir.