
iPhone 15 smartfon seriyasının təqdimatından sonra Apple şirkəti MagSafe Battery Pack xarici batareyasının istehsalını və satışlarını dayandırdı. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən şirkət bu xarici batareyanın yeni modeli üzərində çalışır. Məlumatda qeyd edilib ki, yenilənmiş MagSafe Battery Pack modeli özündə Lightning girişi əvəzinə USB-C girişini birləşdirəcək. Bundan əlavə olaraq yeni batareya eyni anda iki smartfonu və digər batareyaları şarj etmək imkanlarını əldə edəcək. Yenilənmiş MagSafe Battery Pack-ın nə zaman satışa çıxacağı bilinmir.
- Baxış: 345