• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 22.09.2023 11:07

“Paint”də yenilik: fotoda arxa fonu silmək mümkün olacaq

Microsoft Paint tətbiqini faydalı və müasir qrafik redaktora çevirməyi hədəfləyib. Şirkət Windows 11-in test versiyalarında Paint-in yeni versiyasını istifadəyə verib. İstifadəyə verilmiş yeni versiya isə öz növbəsində istifadəçilər tərəfindən çoxdan gözlənilən faydalı funksiyanı əldə edib. Söhbət, bu və ya digər fotonun arxa fonunun silinməsi funksiyasından gedir. Bu funksiyadan istifadə etmək üçün Paint-ə lazımi şəkli yükləmək və tətbiqin sol hissəsində yerləşən alətlər panelindəki xüsusi düyməyə klikləmək lazımdır. Xüsusi düyməyə klikləyəndən sonra tətbiqin sistemi fotodakı əsas obyekti avtomatik şəkildə təyin edəcək və arxa fonu siləcək. Əgər sistem fotoda əsas obyekti səhv təyin etsə, istifadəçi arxa fonun silmək istədiyi hissəsini fərdi şəkildə seçə biləcək. Sözügedən yeni funksiya hələ test mərhələsindədir və onun stabil Windows 11 versiyasına nə zaman əlavə ediləcəyi bilinmir. Qeyd etmək lazımdır ki, Microsoft şirkəti Paint üçün həmçinin süni zəka əsasında fotoların tərtib edilməsi funksiyası üzərində də çalışır.