• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 18.09.2023 13:45

“Apple” aşağı qiymətə MacBook-lar hazırlayacaq

İnternetdə yayılmış məlumata əsasən Apple şirkəti aşağı qiymət seqmentində satılacaq yeni MacBook seriyasını satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkətin aşağı qiymətə satılacaq MacBook seriyası ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan Chromebook-larla rəqabət aparacaq. Çox güman ki, aşağı qiymətə sahib yeni MacBook seriyası əsasən təhsil sahəsi üçün nəzərdə tutulacaq. Məlumata əsasən Apple bu cür MacBook seriyasını 2024-cü ilin ikinci yarısında təqdim edəcək. Çox güman ki, sözügedən yeni MacBook-lar MacBook Air və MacBook Pro seriyalarından ayrıca satılacaqlar. Aşağı qiymətə satılacaq MacBook-ların özlərində metal gövdəni qoruyub saxlayacaqları gözlənilir.