• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 11.09.2023 12:15

Qara dəliklərin sürəti təyin edilib

Roçester Texnologiya İnstitutunun tədqiqatçıları qara dəliklərin hansı sürətlə hərəkət edə biləcəklərini hesablayıblar. Alimlər Albert Eynşteynin Ümumi nisbilik nəzəriyyəsindən istifadə edərək qarşılıqlı əlaqədə olan qara dəliklərin zaman keçdikcə necə dəyişdiklərini modelləşdiriblər. Mütəxəssislər 1381 ədəd modelləşdirməni reallaşdırıblar və onlardan hər biri üçün qara dəliyin öz oxu ətrafında fırlanma sürəti və qara dəliklərin bir-birilərinə maksimal dərəcədə yaxın olduqları nöqtə kimi böyük olmayan faktorları ayarlayıblar.

Nəticədə Alimlər belə qənaətə gəliblər ki, qara dəliklər saniyədə 28 562 ± 342 km sürətlə hərəkət edə bilirlər. Bu isə işıq sürətinin 10%-dən bir qədər aşağı sürətdir. Lakin bununla belə bu cür sürət Yer kürəsini 1.4 saniyəyə dövr etməyə kifayət edir. İki qara dəliyin birləşməsi nəticəsində ortaya çıxan vahid qara dəlik heç də hər zaman yerindəcə qalmır. Belə ki, toqquşma nəticəsində ifraz edilən enerji yenicə formalaşmış vahid qara dəliyi öz aktual trayektoriyasından yeni trayektoriyaya yeni sürətlə itələyə bilər. Bu, əsasən qravitasiya enerjisinin bərabər şəkildə paylanmadığı halda baş verir.