• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1334
— 08.09.2023 12:07

Avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. İdris Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq etməklə  bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib. Bundan başqa araşdırmalarla bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi, görməni məhdudlaşdıran şüşə və digər vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.