• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 06.09.2023 12:43

Dünyada ilk: insana donuz böyrəkləri köçürüldü

Alabama Universitetinin mütəxəssisləri dünyada ilk dəfə insana funksional donuz böyrəklərini transplantasiya ediblər. Funksional donuz böyrəklərini əldə etmiş pasientin orqanizmi onları rədd etməyib. Buna görə də reallaşdırılmış əməliyyat uğurlu hesab edilir. Məlumata əsasən donuz böyrəklərini əldə etmiş 50 yaşlı kişi pasient uzun müddət ərzində xroniki böyrək xəstəliyindən əziyyət çəkib. Nəticədə o öz bədəninin elmi məqsədlərdə istifadə olunmasına icazə verib. 50 yaşlı kişidə beyin ölümü təyin ediləndən sonra mütəxəssislər genləri redaktə edilmiş donuz böyrəklərinin transplantasiyasını reallaşdırıblar.

Mütəxəssislər sözügedən əməliyyatdan öncə böyrəklərdən 4 donuz genini çıxarıblar və onlara 6 insan geni əlavə ediblər. Nəticədə böyrəklər pasientin bədənini kreatindən təmizləyiblər. Böyrəklər pasientin bədənində 1 həftə ərzində normal şəkildə çalışıblar. Hal hazırda mütəxəssislər böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün bu cür donor orqanlarının müddətli və ya həmişəlik çıxış yolu olub-olmadıqlarını təyin etmək istəyirlər. Bu, ksenotransplantasiya (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) sahəsindəki növbəti uğur hesab edilir.