• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 05.09.2023 20:04

Futbol matçında kuryoz hadisə

KepezTV Player

Azərbaycan İkinci Futbol Liqasının ilk turunun matçlarının birində kuryoz hadisə yaşanıb. "Şəmkir" -  "Kür-Araz" komandalarının Şəmkirdə baş tutan oyununun ikinci hissəsində meydançaya itlər daxil olub. Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Yalnız futbolçuların müdaxiləsindən sonra itləri meydançadan kənarlaşdırmaq mümkün olub. Matç 3:2 hesabı ilə qonaqların xeyirinə başa çatıb. Görünən odur ki, oyunda kuryoz hadisənin rəqibin diqqətini yayındırması belə şəmkirlilərin dadına çatmayıb.

Fərid Mehdiyev