• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 05.09.2023 12:16

“Samsung”un genişləndirilmiş reallıq cihazının fotoları

İnsayderlər Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) cihazının Samsung tərəfindən olacaq rəqibinin real fotolarını və onun barəsində bəzi məlumatları təqdim ediblər. Qeyd etmək lazımdır ki, Apple Vision Pro iyun ayında keçirilmiş WWDC 2023 konfransı çərçivəsində təqdim edilmişdi. Samsung isə buna bənzər cihaz üzərində çalışdığını fevral ayında elan etmişdi. Samsung-un hazırladığı cihaz XR (AR + VR + MR / Extended Reality / XR) cihaz olacaq. İnsayderlərin sözlərinə əsasən Samsung-un XR cihazı ya Samsung Glasses ya da Samsung Space adını əldə edəcək.

Məlumatda qeyd edilib ki, sözügedən cihaz Exynos 2200 prosessoru vasitəsilə çalışacaq. Bu prosessor cihazın ön tərəfdən künclərdəki monoxrom, ön hissədə yerləşəcək iki ədəd rəngli və iki ədəd ToF obyektivlərin idarə edilməsindən cavabdeh olacaq. Samsung-un XR cihazı 2000-3000 ppi səviyyəsində piksel sıxlığına sahib micro-LED ekranlar ilə təchiz olunmalıdır. Bununla yanaşı məlumata əsasən XR cihazın idarəsi üçün hansısa əlavə idarəetmə təchizatı nəzərdə tutulmayacaq. Belə ki, cihaz istifadəçinin göz və əl hərəkətlərini təyin edə biləcək. İnsayderlər bildiriblər ki, Samsung-un XR cihazı 1000-2000$ qiymətində satılacaq və gələn ilin ortasında təqdim olunacaq.