• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 04.09.2023 12:20

5 ən zərərli sosial şəbəkələr

Uswitch adlı saytın analitikləri ən zərərli sosial şəbəkələrin top-5 reytinqini tərtib ediblər və qanunsuz kontentlərin daha çox hansı ölkələrdən paylaşıldığını açıqlayıblar. 2022-ci ildə TikTok moderatorları 412.8 milyon videonu məhdudlaşdırıblar. Bu, hər 100 000 istifadəçinin üzərinə düşən 37 798 ədəd video deməkdir. Bu mövzuda TikTok digər sosial şəbəkələr arasında liderdir. TikTok-da daha çox azyaşlılar üçün zərərli materialları, qanunsuz əməlləri, 18+ materialları, qısnamanı, bullinqi, təhlükəli əməlləri və nifrət xarakterini özündə birləşdirmiş videolar bloklanıb. Bu cür videolar TikTok-a əsasən ABŞ, Pakistan və İndoneziyadan yüklənilib.

Sahib olduğu zərərli kontentlərin sayı baxımından ikinci yeri Facebook tutub. Keçən il Facebook moderatorları 600 milyondan çox paylaşımı siliblər. Bu isə hər 100 000 istifadəçi üzərinə düşən 20 304 ədəd kontent deməkdir. Facebook-dan əsasən çılpaq və digər 18+ materialları özlərində birləşdirən kontentlər, yolverilməz qrafik kontentlər və azyaşlılara qarşı zorakılığı əks etdirən kontentlər silinib.

Reytinqin üçüncü pilləsində Instagram qərarlaşıb. Bu platformada keçən il 185.8 milyon ədəd paylaşım silinib. Bu isə hər 100 000 istifadəçi üzərinə düşən 9292 ədəd kontent deməkdir. Instagram-da əsasən çılpaq və digər 18+ materialları özlərində birləşdirən kontentlər, zorakılıq təsvirlərini özlərində birləşdirən paylaşımlar, qısnama və uşaqların həyatlarını təhlükəyə ata biləcək materiallara sahib kontentlər silinib.

Reytinqin dördüncü yerini X (keçmiş Twitter), beşinci yerini isə Youtube tutub. Keçən il X-də 11 milyon kontent, Youtube-da isə 19.7 milyon kontent silinib. Nəticədə X-də hər 100 000 istifadəçi üzərinə 2954 ədəd kontent, Youtube-da hər 100 000 istifadəçi üzərinə isə 777 ədəd kontent düşüb.