• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 01.09.2023 11:42

Apple smart üzük patentini əldə edib

Apple şirkətinin yeni patent sorğusunda şirkətin Apple TV, Mac və iPhone kimi digər məhsullarını idarə etmək üçün nəzərdə tutulmuş smart üzüyün bir neçə fotosu əks olunub. Patent sənədlərinə əsasən smart üzük vasitəsilə istifadəçi mouse işarəsini hərəkət etdirə, bu və ya digər cihazda fayllar ilə sənədləri aça, daxil olan zənglərə cavab verə, cihazdakı səsi tənzimləyə, müxtəlif cihazlarda idarəetməni yerinə yetirə və s. əməliyyatları reallaşdıra bilər.

Məlumatda qeyd edilib ki, bu və ya digər əməliyyatı yerinə yetirmək üçün smart üzüyün konstruksiyası özündə xüsusi sensorları birləşdirəcək və həmin sensorlar barmağın vəziyyətini, hərəkətini və üzüyə nə dərəcədə sərt sıxıldığını təyin edə biləcək. Bununla yanaşı smart üzüyün səthi sensorlu idarəetmə sisteminə sahib ola bilər.

Qeyd etmək lazımdır ki, bu, sadəcə bir patentdir və Apple şirkətinin nəticədə bu cür üzüyü istehsal edib-etməyəcəyi dəqiq bilinmir.