• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 31.08.2023 11:47

Plastik tullantılar sabuna çevriləcək

Virciniya Texnologiya İnstitutunun tədqiqatçıları polietileni sabunun, yuyucu vasitələrin və digər məhsulların istehsalında istifadə edilən yağ turşularına çevirməyin üsulunu tapıblar. Bu, plastik materialların təkrar emal edilməsi problemini aradan qaldırmaqla yanaşı, həmçinin gigiyena vasitələrinin istehsal xərclərini potensial olaraq aşağı salır. Polietilen və polipropilen plastik materiallar arasında ən geniş yayılmış növlərdir. Bu iki növ plastik material bütün plastik tullantıların yarısını təşkil edir.Bu isə il ərzində təqribi olaraq 200 milyon ton plastik tullantı deməkdir. Bu plastik tullantıların 80%-i zibilxanalara atılır, 10%-i isə təkrar emal edilir. Virciniya Texnologiya İnstitutunun mütəxəssisi Guoliang Liu tərəfindən yaradılmış üsul nəzəri cəhətdən 200 milyon ton plastik tullantını çoxlu sayda tankerə yerləşə biləcək sayda sabuna çevirə bilər. Bu həm ekoloji yüklənməni azaldacaq, həm də üçüncü dünya ölkələrində epidemiyaları yüngülləşdirəcək.

Sintetik polietilenin molekullarını alov vasitəsilə parçalayan zaman prosesin molekulların tamamilə qaz şəklində kiçik molekullara kimi parçalanacaqları ana qədər dayandırılması halında polietilenə bənzər qısa zəncirli molekullar əldə etmək olar. Qısa zəncirli polietilen isə mumun bir növü sayılır. Əldə edilmiş bu xammalın bir neçə emal mərhələsindən keçirilməsi sayəsində alimlər dünyada ilk dəfə plastik materialdan sabun əldə ediblər. Bu üsul polietilen misalında istifadə edilsə də, digər plastik materiallar üçün də aktualdır.