• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 30.08.2023 13:38

Meşə yanğınları ilə mübarizədə süni zəka köməyə gələcək

Firestory adlı startap meşə yanğınları probleminin aradan qaldırılmasına hədəflənmiş Pano AI adlı texnologiyanı təklif edib. Sözügedən texnologiya real zaman ərzində yanğın təhlükələrini aşkar etmək və qiymətləndirmək üçün süni zəka ilə kameralardan istifadə edir. Sözügedən texnologiya sayəsində vaxtından əvvəl ola biləcək reaksiya meşə yanğınlarının sayını aşağı salmağa imkan verə bilər. Pano AI texnologiyasının əsasında süni zəka ilə yanaşı təkmilləşdirilmiş kameralar da dayanır. Həmin kameralar ətraf mühiti 360 dərəcə skan edə bilirlər. Onlar bir neçə milyon hektar ərazini əhatə edən geniş landşaftları daimi şəkildə nəzarət altında saxlaya bilərlər. Kameralar tüstünün və digər yanğın faktorlarının aşkar edilməsi üçün deep learning alqoritmlərindən istifadə edirlər. Lazımi məlumatları əldə edəndən sonra Pano AI onları fövqəladə hallar xidmətinə təqdim edir. Fövqəladə hallar xidməti isə öz növbəsində baş vermiş yanğın hadisəsinə sürətli şəkildə reaksiya verə bilər. Qeyd etmək lazımdır ki, meşə yanğınları hər il təbiətə zərər yetirməklə yanaşı 50 milyard dollar vəsait itkisinə də yol açırlar. Təkcə 2021-ci ildə baş vermiş meşə yanğınları nəticəsində atmosferə 6450 meqaton CO2 tullantısı ifraz edilib.