• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2162
— 24.08.2023 16:08

Qərb derbisinə görə komandalar cərimələnib

KepezTV Player

AFFA İntizam Komitəsi Premyer Liqanın III turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” oyununa görə komandaları cərimələyib. Qurum, derbi ilə əlaqədar radikal qərarlar qəbul edib. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması gəncəliləri 800 manat ziyana salıb. Azarkeşlər tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə, “Kəpəz”ə xəbərdarlıq edilib.

Eyni zamanda, “Mix” zona təşkil olunmadığından və zonaların tələblərinə riayət edilmədiyindən, Gəncə təmsilçisi daha 1000 manat cərimələnib. “Turan Tovuz” isə azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunması səbəbindən 1500 manat cəriməyə məruz qalıb.